Baş nazir və eks-prezidentdən İlham Əliyevə başsağlığı

Baş nazir və eks-prezidentdən İlham Əliyevə başsağlığı
  11 Dekabr 2015    Oxunub:1871
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
AzVision.az xəbər verir ki, başsağlığı məktubunda deyilir: `Zati-aliləri, “Günəşli” neft yatağındakı platformada baş vermiş qəza və insanların həlak olması xəbəri məni dərindən sarsıtdı.

Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və bütün xəsarət alanların tezliklə sağalmalarını arzulayıram. Biz Azərbaycan Respublikası rəhbərliyinin və xalqının bu ağır kədərini bölüşür, səbir və dözüm diləyirik`.

Eyni zamanda Xorvatiyanın sabiq (2000-2010) Prezidenti Stepan Mesiçdə Azərbaycan prezidentinə başsağlığı məktubu göndərərək, “Günəşli” neft yatağındakı platformada baş vermiş qəza və insanların həlak olması xəbərindən sarsıldığını bildirib, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.


Teqlər:  





Xəbər lenti