Bakı-Moskva aviareysinə biletlər ucuzlaşdı

Bakı-Moskva aviareysinə biletlər ucuzlaşdı
  12 Dekabr 2015    Oxunub:2168
"Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni "Promo" tarifi üzrə Bakı-Moskva (Domodedovo) reysinə biletlərin qiymətini azaldıb.
AzVision.az xəbər verir ki, AZAL-dan "Trend"ə verilən məlumata görə, yeni tariflə Bakıdan Moskvaya aviabiletlər 122, əks istiqamətə isə 110 avrodur.

Biletlərin dəyərinə bütün rüsumlar, həmçinin qidalanma və 8 kq-dək əl yükü daxildir. Bir baqaj yerinin (23 kq-dək) qiyməti 25 avro təşkil edir.

Qeyd edək ki, bundan əvvəl biletlərin qiyməti bu tarif üzrə təqribən 295 manat idi.

Uçuşlar "Airbus A320" təyyarəsi ilə həyata keçirilir.

"Promo" tarifi "AZAL Miles" bonus proqramına daxil deyil.


Teqlər:



Xəbər lenti