Mikayıl Cabbarovla görüşmək istəyənlərin nəzərinə

Mikayıl Cabbarovla görüşmək istəyənlərin nəzərinə
  12 Dekabr 2015    Oxunub:1807
Təhsil naziri Mikayıl Cabbarov dekabrın 18-də saat 11:00-da Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edəcək.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar dekabrın 11, 14, 15, 16 və 17-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və yahttps://azvision.az/redirect.php?url=http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Teqlər:



Xəbər lenti