Sürücülərin diqqətinə - Cəzalar sərt olacaq
Avtomobili içkili halda idarə edənlərə qarşı cərimələr sərtləşdiriləcək. Sərxoş şəkildə avtomobil idarə edən şəxs artıq 300 yox, 400 manat cərimə ödəməli olacaq. Bu müddia yeni İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb.
Bununla yanaşı, yeni İnzibati Xətalar Məcəlləsində yol hərəkəti qaydasının pozulmasına görə verilən inzibati tənbehin müddətinin də uzadılması nəzərdə tutulur. Hazırda inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 2 ay keçənədək verilirsə, yeni məcəllədə bu müddət uzadılaraq 1 ilə qaldırılacaq.
Bütün bu təkliflər yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsi qəbul edildikdən sonra qüvvəyə minəcək. (Xəzər tv)







Vaxtında, Aydın, Lazımlı!


