Lerikdə qardaş bacısını öldürdü

Lerikdə qardaş bacısını öldürdü
  12 Dekabr 2015    Oxunub:2123
Lerikdə qardaş bacısını amansızcasına qətlə yetirib.
AzVision.az xəbər verir ki, Lerik rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, dekabrın 11-də saat 15:00 rayonun Kaqoy kənd sakini 1990-cı il təvəllüdlü Valeh Şahverdiyev şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı 1983-cü təvəllüdlü bacısı Xəyaləni bıçaqla çoxsaylı xəsarət yetirməklə qəsdən öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Teqlər:



Xəbər lenti