Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar

Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
  12 Dekabr 2015    Oxunub:4398
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, Heydər Əliyevin doğmaları, yaxınları dekabrın 12-də Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib. Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra prezident İlham Əliyev və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək gül dəstələri qoyublar.

Ulu öndərin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Anar Kəlbiyev

Qalereya




Teqlər:  



Xəbər lenti