`Nardaranda vəziyyət tam nəzarətdədir`- General

`Nardaranda vəziyyət tam nəzarətdədir`-  General
  12 Dekabr 2015    Oxunub:3640
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor Səhlab Bağırov Nardaran qəsəbəsindəki son vəziyyətlə bağlı açıqlama verib.
AzVision.az-ın məlumatına görə, jurnalistlərə açıqlama verən general bildirib ki, hazırda Nardaranda vəziyyət tam normaldır.

Rəis müavinin sözlərinə görə, qəsəbədə hər şey nəzarət altındadır və hüquq- mühafizə orqanları Nardaranda qanunun tələblərinin tam yerinə yetirilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər: `Hazırda qəsəbədə əhali öz gündəlik işləri ilə məşğuldur. Vəziyyət tam nəzarətdədir`.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti