Heydər Əliyevin həyatının Klivlend səhifəsi haqda sənədli film

Heydər Əliyevin həyatının Klivlend səhifəsi haqda sənədli film
  12 Dekabr 2015    Oxunub:4137
Bu gün mərhum prezident Heydər Əliyevin anım günü münasibəti ilə yeni sənədli film təqdim ediləcək.
AzVision.az xəbər verir ki, Lider TV-də yayımlanacaq film mərhum prezidentin Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərində olduğu günlərə həsr edilib. İlk dəfə yayımlanacaq film “Unudulmaz” adlanır. Filmdə ulu öndərin həkimlərindən özəl müsahibələr və digər maraqlı məqamlar yer alıb.

Jurnalist Elnur Niftəliyevin müəllifi olduğu sənədli film 12 dekabr, saat 21:00-da Lider TV-də yayımlanacaq.

Qeyd edək ki, bu gün mərhum prezident Heydər Əliyevin anım günüdür.



AzVision.az




Teqlər:



Xəbər lenti