Bayram yarmarkalarının keçiriləcəyi vaxt açıqlandı

Bayram yarmarkalarının keçiriləcəyi vaxt açıqlandı
  12 Dekabr 2015    Oxunub:1611
26-31 dekabr tarixlərində Bakıda bayram yarmarkaları təşkil olunacaq.
AzVision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib. O bildirib ki, yarmarkalar təqribən 6 gün davam edəcək: “Çalışacağıq ki, Bakı və Sumqayıt şəhərlərinin sakinlərini keyfiyyətli və bol ərzaqla təmin edək”.

O, qeyd edib ki, hazırda nazirlik Bakı şəhər İcra Hakimiyyəti və digər icra orqanları ilə yerlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparır.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti