Ağdam sakini özünü güllələyib

Ağdam sakini özünü güllələyib
  12 Dekabr 2015    Oxunub:1878
Ağdam sakini avtomat silahdan açdığı atəşlə özünə xəsarət yetirib.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 11-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Emil Aslanov evində ailə-məişət münaqişəsi zəminində avtomat silahdan açdığı atəşlə özünə xəsarət yetirib və o, xəstəxanaya yerləşdirilib.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı nömrəsi silinmiş "AK-74" markalı silah, 76 ədəd patron, 3 patron darağı və 1 ədəd giliz aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar aparılır.


Teqlər:  



Xəbər lenti