Qafqazda `Tələbə baharı`

  28 İyun 2013    Oxunub : 654
Qafqazda `Tələbə baharı`
500-dən çox gənc İnquşetiyanın Maqas şəhərində keçirilən festivalda bir araya gəliblər
Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Cənubi Osetiya və digər ölkələrdən olan 500-dən çox gənc İnquşetiyanın Maqas şəhərində keçirilən “Tələbə baharı Qafqazda” adlı festivalda bir araya gəliblər.

Festivalda ictimai birliklərin rəhbərləri,tələbə və gənclər üçün KİV –lərin nümayəndələri , eləcə də Ulyanovskda keçirilmiş “Rusiya Tələbə Baharı" 21-ci ümumrusiya festivalının qalibləri təmsil olunublar.

Festivalın təşkilatçıları İnquşetiya Hökuməti və Ümumrusiya ictimai təşkilatı olan “Rus Gənclər İttifaqıdır. "

İlk dəfədir ki, ölkədə bu səviyyədə tədbir keçirilir. Festivalın keçirilmə ənənəsinin daha uzun tarixi vardır. Qafqazda ilk belə tədbir 75 il əvvəl keçirilib. Uzun müddət isə bu ənənə unudulub. 2009-cu ildən isə Rusiya Federasiyası tərkibində Kabarda - Balkar Respublikasında tədbirin keçirilməsi gerçəkləşdirilib. 2012 –ci ildə festival sərhədlərin daha da genişləndirərək yalnız Rusiya və Cənubi Qafqazda deyil (Türkmənistan istisna olmaqla) MDB məkanında da keçirilməyə başlayıb.

Teqlər: