İtən neftçilər tapılmayıb: ABŞ-dan xüsusi aparat gətirilir
“Təəssüflər olsun ki, hələ də axtarışlar bir nəticə verməyib”.
Yanğının nə zaman söndürülməsinə gəlincə, “Azneft” İB-dən bildirilib ki, bunun vaxtını dəqiq demək mümkün deyil.
Qeyd edilib ki, hazırda 6 gəmi yanğının söndürülməsinə cəlb olunub, həmçinin ABŞ-da gələn 6 mütəxəssis də bu istiqamətdə çalışır.
“Bu gün onların xüsusi söndürmə avadanlıqları Bakıya gələcək. Həmin avadanlıqlar dərhal dənizə göndəriləcək”.
Qurumdan verilən məlumata görə, qonşu dövlətlər də axtarışları davam etdirir: “Orada da hər hansı bir məlumat olarsa, dərhal bizə məlumat veriləcək. Ümid edirik ki, axtarışlar nəticə verəcək”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


