Prezident keçmiş polis rəisinə general rütbəsi verdi - Siyahı

Prezident keçmiş polis rəisinə general rütbəsi verdi - Siyahı
  14 Dekabr 2015    Oxunub:30117
Azərbaycan prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az -ın məlumatına görə, sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

- polkovnik Valeh Cümşüd oğlu Abdullayevə
- polkovnik Şahmar Ənvər oğlu Paşayevə
- polkovnik Ramil Nazim oğlu Cəfərova.


Qeyd edək ki, polkovnik Şahmar Paşayev Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifəsindən azad edildikdən sonra FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə daha sonra Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi vəzifəsinə gətirildi. Onun indi təyin olunduğu vəzifə FHN sistemində ən nüfuzlu vəzifələrdən biri hesab olunur.

Şahmar Paşayev DİN-də məşhur simalardan biri olub. O, Şamaxının rəisi olmamışdan öncə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətain rayonunun 34, 37 bölmələrinin rəisi, Yasamal Polis İdarəsinin rəisi, Bakı Şəhər Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.


Teqlər:  





Xəbər lenti