
1992-ci ildə Nyu-York Universitetində təhsilə başlayıb və 1999-cu ildə həmin universiteti bitirib. 1999-cu ilin İyul ayından 2002-ci ilin İyul ayınadək Pittsburg Tibb Universitetində (ABŞ) rezidentura təhsili alıb. Rezidentura müddəti ərzində üz-çənə cərrahiyyəsi, müxtəlif bölmələr və baş-boyun şişlərin cərrahiyyəsi üzrə rotasiyalardan keçib.
Əziz Əliyevin ABŞ-da müdafiə etdiyi elmi işi 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilib, tibb elmləri namizədi dissertasiyası kimi təsdiq edilib və ona tibb elmləri namizədi alimlik dərəcəsi verilib. 2006-cı ilin sentyabrından 2011-ci ilin dekabrınadək Azərbaycan Tibb Universitetinin üz-çənə cərrahiyyəsi kafedrasında dosent vəzifəsində çalışıb. 2008-ci ilin martında "Xərçəng və şiş ərəfəsi proseslər zamanı ağız boşluğunun selikli qişasında hormonlar və molekulyar-bioloji markerlər" («Гормоны и молекулярно-биологические маркеры при раке и предопухолевых процессах слизистой оболочки полости рта») mövzusunda tibb elmləri doktoru dissertasiyasını uğurla müdafiə edib.

Əziz Əliyev 2011-ci ildən 2013-cü ilədək Barmherzigen Schwestern (Lints, Avstriya) klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində calışıb. 2013-cü ildən Azərbaycan Tibb Universitetinin müalicə işi üzrə prorektoru vəzifəsində çalışır. 2013-cü ildən Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində əvəzçilik üzrə çalışır. Evlidir, iki övladı var.







Vaxtında, Aydın, Lazımlı!


