Metroda Şaxta baba və Qar qızı görsəniz təəccüblənməyin

Metroda Şaxta baba və Qar qızı görsəniz təəccüblənməyin
  15 Dekabr 2015    Oxunub:3966
Bakı Metropoliteni sərnişinlər üçün Yeni il sürprizi hazırlayır.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, sərnişinlərin metroda Yeni il bayramının personajları olan Şaxta baba və Qar qızla rastlaşa biləcəklər.

Qurum rəsmisi qeyd edib ki, bayram ərəfəsində sərnişinlər metroda xoş sürprizlərlə qarşılaşacaqlar.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti