Azərbaycan yeni antiterror koalisiyasına qoşulacaqmı?

Azərbaycan yeni antiterror koalisiyasına qoşulacaqmı?
  15 Dekabr 2015    Oxunub:2476
Azərbaycanın “Terrorizmə qarşı İslam koalisiyası”na qoşulması məsələsinə baxılır.

Bunu AzVision.az - a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, məsələ ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl Cubeir arasında telefon danışığı olub:

`Bu xüsusda, təmaslar davam etdirilir. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir. Hazırda məsələyə baxılır`.

XİN rəsmisi qeyd edib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti