`Günəşli`nin bir quyusunda yanğın söndürüldü

`Günəşli`nin bir quyusunda yanğın söndürüldü
  15 Dekabr 2015    Oxunub:2148
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində üç hasilat quyusunda başlayan yanğın artıq bir quyuda tam söndürülüb.

Özüldə hadisə baş verdiyi vaxtdan indiyədək yanğın 2 qaz və 1 neft quyusunda davam edib. Lakin görülən tədbirlər nəticəsində neft quyusunda yanğın söndürülüb. Bununla da quyudan dənizə neftin dağılması təhlükəsinin qarşısı tamamilə alınıb.

Qeyd edək ki, hazırda hadisə yerində aparılan yanğınsöndürmə tədbirləri davam etdirilir.

Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib ("Report").


Teqlər:  





Xəbər lenti