“FHN İlham Əliyevin qayğısı ilə əhatə olunub”

“FHN İlham Əliyevin qayğısı ilə əhatə olunub”
  16 Dekabr 2015    Oxunub:1983
“Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti ən çətin hallarda belə, öz şərəfli peşələrinin öhdəsindən bacarıqla gəlməyə qadirdir”.
Bunu Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində yazıb. Nazir qeyd edib ki, 10 il ərzində baş verən yanğınlar zamanı 231-i uşaq, 78-i yataq xəstəsi, 37-si əlil olmaqla 1168 nəfər həyat üçün real təhlükədən xilas edilib, 4433 nəfər təhlükəli ərazilərdən təxliyə olunub. Baş vermiş yanğınların operativ söndürülməsi nəticəsində 14338 ədəd yaşayış və digər təyinatlı tikililər, o cümlədən 2.629.057 kv.m. tikili sahəsi, təqribən 105 min hektara yaxın meşə sahəsi, 862 min hektara yaxın taxıl zəmisi, 16 min başa yaxın mal-qara yanğından mühafizə olunub.

“Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 6436 nəfər zərərçəkmiş xilas edilmiş, 952 nəfər zərərçəkmişə ilk yardım və ya təxirəsalınmaz tibbi yardım göstərilmiş, 3818 nəfərin hadisə yerlərindən təxliyəsi həyata keçirilmişdir. Dalğıc-xilasedicilərimiz tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 2466 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 1446 nəfər olmaqla cəmi 3912 nəfər xilas edilmişdir. Görülən tədbirlər sayəsində son 5 ildə nəzarət olunan çimərlik ərazilərində suda boğulma halları baş verməmişdir.

Fövqəladə Hallar Nazirliyi bu illər ərzində daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ölkə rəhbərliyi tərəfindən nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, orden və medallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif edilməsi göstərilən diqqətin bariz nümunəsidir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti