Nardaranlı qızlarla bağlı şok statistika - 100 nəfərdən 10-u
TQDK sədri deyib ki, 2004-cü ildə 1998-1999-cu ildə anadan olan 125 mindən çox uşaq 1-ci sinfə daxil olub: “Rəqəmlər ölkə üzrə təxminən eynidir. Həmin vaxt 50 faiz qız, 50 faiz oğlan birinci sinfə daxil olub. 9 ildən sonra keçirilən buraxılış imtahanları zamanı məlum olub ki, onların 3,5 faizi heç 9-cu sinfə gəlib çatmayıb. Deməli 4500-dən çox uşaq icbari təhsil ala bilməyib. 4500-dən çox uşağın 600-ü oğlanlar, yerdə qalanı isə qızlardır. Hər il bu proses davam edir”.
M. Abbaszadənin sözlərinə görə, son 5 ildə ali məktəblərə qəbul prosesində qızlar oğlanları qabaqlayıb: “Son illərdə ali məktəbə sənəd verən qızların sayı azalıb. Bu il ali məktəblərə 49 min oğlan, 43 min qız sənəd verib. Amma qəbulda qızlar daha fəal olub”.
Elvin Abdulqədirov







Vaxtında, Aydın, Lazımlı!


