Avtovağzal yenə sürüşür? - Açıqlama

Avtovağzal yenə sürüşür? - Açıqlama
  16 Dekabr 2015    Oxunub:2744
Bakı Beynəlxalq Avtovağzalı ətrafında sürüşmənin qarşısını almaq üçün ərazidə işlər davam etdirilir.
Bu barədə AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.

Baş geoloq bildirib ki, sürüşmə təhlükəsiz sovuşub: “Hazırda ərazidə istinad divarları hörülür, bərkitmə işləri aparılır. Hər ehtimala qarşı yenidən aktivləşmə ola bilər. Ümumilikdə problem aradan qaldırılıb. Təhlükə yoxdur”.

Baş geoloq əlavə edib ki, ərazidəki obyektlər çökmə səbəbindən həmin ərazidən köçürülməyəcək.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki çatlar oktyabr ayının əvvəllərində yaranmağa başlayıb.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti