Bakıda icarə haqları kəskin ucuzlaşır

Bakıda icarə haqları kəskin ucuzlaşır
  16 Dekabr 2015    Oxunub:3261
Son vaxtlar paytaxtın bir çox yerlərində obyektlərin boşaldılması halları müşahidə olunur.
Əmlak alqı-satqısı ilə məşğul olan maklerlər icarəyə verilən obyektlərin sayının artdığı, icarə haqlarının isə uzuclaşdığını bildirirlər. Sahibkarlar və ekspertlər bunu iqtisadi böhranla əlaqələndirir.

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı AzVision.az-a açıqlamasında bildirib ki, ölkədə gəlirlərin azalması, əhalinin mövcud iqtisadi vəziyyətinin getdikcə gərginləşməsi sahibkarlara da öz mənfi təsirini göstərir.

Ekspertin sözlərinə görə, müəyyən istehlak mallarına tələbatın azalması, istehlak bazarının zəifləməsinə gətirib çıxarır: “Bu da öz növbəsində kommersiya obyektlərinin boşalmasına səbəb olur. Sahibkar müəyyən müddət gəliri olmasa da dözür, amma sahibkarın getdikcə zərəri artmağa başlayanda artıq bundan imtina edir. Hazırda obyektlərin boşalması tələblərin azalması ilə bağlıdır. Tələb azalırsa, təklif artırsa, burada qiymətin azalması tendensiyası baş verməlidir. Boş olan obyektlərin sayı artır, belə olan halda sahibkarın seçim imkanı genişlənir. Bu da icarə haqlarının aşağı salınmasına gətirib çıxarır.

Əksər sahibkar ucuz obyekt təklifinə daha cəlbedici yanaşır. Bu baxımdan sahibkar şərt qoyur ki, ya qiymət azaldılsın, ya da obyektdən çıxıram.İndiki zamanda isə bir çoxları qiyməti azaltmağa razı olur. Bu baxımdan icarə qiymətlərində kifayət qədər azalma var”.

Ekspert qeyd edib ki, bəzi brend mağazalar öz yerlərini dəyişməkdə maraqlı deyillər. Onlar daxili kredit hesabına da olsa işləyirlər.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti