Abdulla Gül İlham Əliyevə məktub göndərdi

Abdulla Gül İlham Əliyevə məktub göndərdi
  16 Dekabr 2015    Oxunub:2162
Türkiyənin 11-ci prezidenti Abdullah Gül Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Prezident, əziz qardaşım, dekabrın 4-də Azərbaycanda şiddətli fırtına səbəbindən “Günəşli” yatağındakı 10 saylı platformada yanğın nəticəsində 6 işçinin həlak olması və 23 nəfərin itkin düşməsi xəbəri məni dərindən kədərləndirdi.

Əziz qardaşım, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.


Teqlər:  





Xəbər lenti