Əsədin 90 təyyarəsi qalıb

Əsədin 90 təyyarəsi qalıb
  29 İyun 2013    Oxunub:1177
Suriya ordusunun 90 döyüş təyyarəsi və vertolyotu qalıb. Bu barədə Suriya Hərbi Hava Qüvvələrinin fərari polkovniki Ziyad Tlass “Al-Quds al-Arabia” qəzetinə bildirib.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Tlass yarım il qabaq ordudan qaçıb. O, hamını inandırmağa çalışır ki, Suriya xalqına qarşı repressiyalarda iştirak etməyib.

Polkovnikin sözlərinə görə, müharibə başlamamışdan əvvəl Suriya Hərbi Hava Qüvvələrinin sərəncamında 350 təyyarə və vertolyot olub. Bəşər Əsədlə müxalifət qüvvələri arasında vətəndaş müharibəsi başlandıqdan sonra - iki il ərzində 190 təyyarə və vertolyot məhv edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti