UEFA-dan “İnter”ə sərt xəbərdarlıq

UEFA-dan “İnter”ə sərt xəbərdarlıq
  17 Dekabr 2015    Oxunub:1765
UEFA Azərbaycanın “İnter” klubuna xəbərdarlıq edib.
Avropa futbol qurumunun Klublara Maliyyə Nəzarəti Orqanı qərarına əsasən İnter" klubu qarşıdakı 3 mövsümdə UEFA miqyaslı turnirlərdən kənarlaşdırıla bilər.

Ali futbol qurumu Premyer Liqa təmsilçisindən maddi vəziyyətini düzəltməsini və UEFA-nın maliyyə “fair-pley” qaydaları çərçivəsində hərəkət etməsini tələb edib.

Klub rəhbərliyi qarşısında şərt qoyulub ki, 30 sentyabr 2015-ci ilə qədər olan bütün borcların 31 yanvar 2016-cı ilə qədər ödənməsi haqqında sənədlər quruma təqdim olunsun.

Qeyd edək ki, anoloji xəbərdarlıq bir sıra klublara da edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti