Azərbaycan yeni silahlar istehsal edəcək

Azərbaycan yeni silahlar istehsal edəcək
  17 Dekabr 2015    Oxunub:2447
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Ordunu bütün döyüş sursatları ilə tam təchiz edə bilir.
Bunu jurnalistlərə Müdafiə sənayesi naziri Yavər Camalov deyib. Onun sözlərinə görə, iri layihələr, məsələn, tank, vertolyot istehsalı isə iqtisadi cəhətdən səmərəli deyil: “Tutaq ki, 300-350 tank lazımdırsa və bu, 100-150 milyon dollar vəsait tələb edirsə, biz bunun istehsalına niyə 5 milyard pul xərcləməliyik?! Amma perspektivdə bu məsələlərə də baxılacaq”.

O, qeyd edib ki, 2016-cı ildə Müdafiə Sənayesi Nazirliyi 4 zavodunun 3 istehsal sahəsini istifadə verməyi nəzərdə tutur:

“Bu zavodlarda əsasən tank əleyhinə qumbaraatanlar üçün döyüş sursatlarının istehsalı planlaşdırılır. 40-46 metrlik qumbaraatan və onların döyüş sursatları, müxtəlif tipli izburaxan patronlar, M6 M12 partlayıcı başlıqlar, tank və artilleriya üçün 6 növ mərmilər, həmçinin atıcı silahların lülələrinin istehsalı planlaşdırılır . Yeni nəsil uçuş aparatı da istehsal olunacaq. Bu qurğu kəşfiyyat aparmaqla düşmən ordusunu məhv etmək üçün nəzərdə tutulub”.

AzVision.az


Teqlər:  





Xəbər lenti