`Bir dəstə yığılıb, nə gəldi yazır...` - Cavid Qurbanov
"Bir dəstə reytinq agentliyi yığılıb, nə gəldi yazırlar. Necə oldu ki, reytinq 6 ay öncə yüksək idi, indi aşağıdır? Bilmək olarmı, nə dəyişib ki, bunlar reytinqi aşağı salıb? Əlbəttə ki, bu, neqativdir. Amma nə edək? Çalışacağıq ki, düzəldək. Kim bizimlə əməkdaşlıq etmək istəyirsə, biz buna hazırıq.
Mən bilmirəm ki, onlar niyə elə yazıb. Bizə müraciət etsinlər. Reytinq agentliyi necə bilə bilər ki, idarəetmədə qüsur var? Mən öz işimlə, yükdaşıma ilə məşğulam. Biz inkişaf etməyə çalışırıq. Gələcəkdə reytinq öz-özünə düzələcək".







Vaxtında, Aydın, Lazımlı!


