`Kris Smit və Yaqland eyni mərkəzdən idarə edilir`- Deputat

`Kris Smit və Yaqland eyni mərkəzdən idarə edilir`- Deputat
  17 Dekabr 2015    Oxunub:2506
“ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin üzdəniraq qanun layihəsi ilə Avropa Şurasının baş katibi Torbyörn Yaqlandın Azərbaycanda insan haqlarının pozulduğunu dilə gətirməsi və bununla bağlı açıq hədəyə keçməsi ondan xəbər verir ki, bütün bunlar eyni mərkəzdən yönəldilir”.
Bu fikirləri AzVision.az-a deputat Sahib Alıyev konqresmen Kris Smitin Azərbaycana qarşı sanksiyaların tətbi edilməsi ilə bağlı hazırladığı qanun layihəsinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, bütün bu addımların arxasında “haqqı pozulan azərbaycanlılar” deyil, erməni separatçılarına, təcavüzkar Ermənistana, bir də onların xidmətində duranlara dəstək dayanır: “Kris Smitlə Torbyörn Yaqlandın Azərbaycanda yeni əfv fərmanının gözlənildiyi haqda xəbər dolaşdığı bir ərəfədə bu cür təşəbbüs və çıxşıda bulunmaları həm də ondan xəbər verir ki, onların siyasi dustaq adlandırdıqları azadlığa çıxacaqları təqdirdə, onu da öz adlarına yazmaq, guya bunun etdikləri təzyiqi nəticəsində baş verdiyini sərgiləmək istəyirlər. Hər kəs bilir ki, bu yöndə xaricdən edilən təzyiqlər əksər vaxtlarda əks effekt doğurub. Yəni həmin adamlar azadlığa çıxacaqlarsa, bu, ancaq əfv fərmanını imzalayanın öz istəyi ilə olacaq.

“Sinxronluğu görürsünüzmü? Öncə bir qrup erməniyanlısı (tərəfdarı, tərəfkeşi, pərəsti yox, bəli məhz yanlısı) konqresmen və senator Konqresdə “Arsaxın müstəqilliyinin ildönümü” adlı tədbirə qatılır, orada separatçıların qondarma xarici işlər naziri Karen Mirzoyanla əl sıxışırlar. Elə həmin tədbirdəcə çıxış edən Konqresinin Xarici Əlaqələr Komitəsinin sədri Edd Roys “Dağlıq Qarabağın dinc əhalisinin Azərbaycan ordusunun yağdırdığı mərmilərdən” əziyyət çəkməsi haqda haray-həşir salır və Dövlət Departamentindən “sərhəddə atəşkəsin pozulub-pozulmadığını qeydə alan” avadanlığın yerləşdirilməsini tələb edir. Adam Şif, Frenk Palloun, Robert Dold, Anna Eş, Eliot Engel kimi konqresmenlər isə onun səsinə səs verirlər. Onların ardından Senatda qondarma nazirlə görüşən Mark Kirk Azərbaycanı “Ermənistan və Dağlıq Qarabağa qarşı artan təcavüz”də suçlandırır. Təcavüzkara bu rəzil və açıq dəstəyin elə də böyük effekt verməyəcəyi, bir sıra hallarda isə Amerikanın özün də narazılıq doğuracağı bəlli olduğundan dolayı, dolayı olduğu qədər də “ənənəvi” dəstəyə də əl atılır. Başqa bir erməniyanlısı ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit özünün “Azərbaycanda demokratiya aktı” adlı bir qanun layihəsiylə ortaya atır. Düzdür, Kris Smit erməniyanlısı olan digər konqresmenlər kimi “Arsaxın müstəqilliyinin ildönümü” tədbirinə qatılmamışdı və onun “obyektiv”"liyinə kölgə düşməməsi üçün bəlli çevrələrə bu heç lazım da deyildi. Ancaq son bir ildə düz 5 dəfə uydurma erməni soyqırımının tanınması məsələsini qaldırması bu adamın kimliyini və kimlərin yanında yer aldığını açıq şəkildə ortaya qoyur”, - deyə S. Alıyev vurğulayıb.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti