Türkiyədə polislə vətəndaşlar yenə qarşı-qarşıya

Türkiyədə polislə vətəndaşlar yenə qarşı-qarşıya
  30 İyun 2013    Oxunub:1410
İstanbulun Taksim meydanında aksiya keçirmək cəhdinin qarşısı alınıb.
İstanbul polisi ötən gecə Taksim meydanında 10 minədək iştirakçısı olan hökumət əleyhinə aksiyanı yatırarkən 20-dək etirazçı saxlanılıb.

Türk mətbuatı yazır ki, etirazçılar polisin xəbərdarlığına baxmayaraq, dağılışmaq istəməyiblər. Polis yolu bağlayan nümayişçilərə müdaxilə edib, aksiyanın qarşısı alınıb.

"Zaman" qəzetinin məlumatına görə, paytaxt Ankarada da Gezi parkı aksiyalarında bir nəfərin ölümünə etiraz olaraq yolu bağlayan qrup polisin təzyiqli su və gözyaşardıcı qazla müdaxiləsindən sonra dağılışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti