Azərbaycanın daha bir əsgəri şəhid oldu

Azərbaycanın daha bir əsgəri şəhid oldu
  18 Dekabr 2015    Oxunub:3841
Dekabrın 17-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Kərimov Taleh Saleh oğlu həlak olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, nazirliyin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


Teqlər:  



Xəbər lenti