Əsgərimiz dünyasını dəyişdi

Əsgərimiz dünyasını dəyişdi
  18 Dekabr 2015    Oxunub:2128
Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında əsgər ölümü baş verib.
DSX-nin mətbuat mərkəzindən AzVision.az - a verilən məlumata görə, hadisə dekabrın 16-da qeydə alınıb.

2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər Yusifov Elnur Şövkət oğlu saat 15:45 radələrində silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunmuş avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib.

Fakt üzrə DSX və Respublika Hərbi Prokurorluğu tərəfindən birgə araşdırma aparılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti