Nardaranda növbəti əməliyyat - 5 nəfər saxlanıldı
Sabunçu rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. İdarədən bildiriblər ki, hazırda əməliyyat qrupu Nardaran qəsəbəsindədir və əməliyyat davam edir.
Nardaran sakini Məşədi Natiq Kərimov isə bildirib ki, qəsəbədə əməliyyat dünən axşam saatlarından başlayıb və bir neçə nəfər saxlanılıb. Onun sözlərinə görə, saxlanılan şəxslərdən birinin adı Rəşiddir. Saxlanılan şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.
Xatırladaq ki, Nardaran qəsəbəsində bundan əvvəl noyabrın 26-da əməliyyat keçirilib. Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri həmin əməliyyat zamanı "Müsəlman Birliyi" adı ilə tanınan təşkilatın 14 üzvü saxlanılıb. Hadisə nəticəsində baş verən qarşıdurma zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər həlak olub.
Həmin əməliyyatdan sonra hüquq mühafizə orqanları əməkdaşları Nardaran qəsəbəsini nəzarətə götürüb.







Vaxtında, Aydın, Lazımlı!


