Deputatın çıxışı spikerin xoşuna gəlmədi

Deputatın çıxışı spikerin xoşuna gəlmədi
  18 Dekabr 2015    Oxunub:3668
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında anlaşılmamazlıq yaşanıb.
AzVision.az-ın məlumatına görə, Zahid Oruc çıxışında bildirib ki, Kristofer Smit tərəfindən Konqrensə təqdim edilən qanun layihəsi önəmli sənəd olmasa da, biz rahat olmamalıyıq:

“Düzdür, bu sənəd önəmli deyil, bu erməni iddiası ilə pulla işləyən qrupların işidir. Amma bu əsas məsələ deyil. Biz rahatlanmalıyıq, əksinə işləməliyik. Qeyd edirik ki, bizi sevən konqresmenlər var. Qoy, buna bənzər sənədi onlar da hazırlasınlar. Biz Amerika ilə işləməliyik. Onların çoğrafiyası genişdir və qanunları da imkan verir ki, əlaqə saxlayaq. Belə addamlara əsas verməmək üçün işləməliyik”.

Deputatın fikrinə spiker Oqtay Əsədov cavab olaraq bildirib ki, Azərbaycan diasporu ilə erməni diasporunun işi eyniləşdirilməməlidir: “Azərbaycan diasporu işləyir. Baxın görün, erməni diasporu neçə əsrdir fəaliyyət göstərir və Azərbaycan diasporu nə zaman yaranıb. Biz 20 ilə böyük işlər görmüşük və qısa zamanda belə güclü diasporun yaradılması asan məsələ deyil. Daha artığını istəmək isə hesab edirəm ki, düz deyil”.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti