AFFA üç klubu cəzalandırdı

AFFA üç klubu cəzalandırdı
  18 Dekabr 2015    Oxunub:1614
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Yığıncaqda Topaz Premyer Liqasının XVII turunun qarşılaşmaları ilə bağlı qərarlar verilib. Müzakirələrdən sonra 3 klub ümumilikdə 2200 manat məbləğində cərimələnib.

“Rəvan”la görüşdə 5 futbolçusu sarı vərəqə alan “İnter” 1000 manat cərimə olunub. “Xəzər Lənkəran”la qarşılaşmada 5 oyunçusuna xəbərdarlıq edilən “Kəpəz”in də cəzası eyni olub.

“Sumqayıt”la matçın 90+1-ci dəqiqəsində qırmızı vərəqə alıb, “Qarabağ”ı azlıqda qoyan Raydell Pupon 1 oyun cəzalanıb, klubunu 200 manat ziyana salıb.

AzVision.az


Teqlər:





Xəbər lenti