Azərbaycanda yeni hakimlər təyin edildi

Azərbaycanda yeni hakimlər təyin edildi
  18 Dekabr 2015    Oxunub:4951
Milli Məclisin bu gün keçirilən plenar iclasında bir neçə məhkəməyə yeni hakimlər təyin edilib.
AzVision.az-ın məlumatına görə, Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun vəzifəsi dəyişdirilib. O, Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

Eyni zamanda Kəmalə Abiyeva Bakı Apellyasiya Məhkəməsinə, Xəyalə Cəmilova və Fərmayıl Zeynallı Sumqayıt Apellyasiya Məhkəməsinə, Rafael Eyvazov isə Şirvan Apellyasiya Məhkəməsinə hakim təyin olunub.

Elvin Abdulqədirov


Teqlər:



Xəbər lenti