Nazirliyin 3 rəisi işdən qovuldu

Nazirliyin 3 rəisi işdən qovuldu
  18 Dekabr 2015    Oxunub:2728
"Azərpoçt" MMC-nin 3 filial rəhbəri işdən qovulub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Quba, Neftçala və Qazax rayon poçt filiallarının rəisləri fəaliyyətində yol verdiyi nöqsanlara görə tutduğu vəzifələrindən azad olunublar.

Bildirilir ki, bu addım Rabitə v Yüksək Texnologiyalar Nazirliyində aparılan islahatlar çərçivəsində atılıb: "Fəaliyyətində nöqsanlara yol verən "Azərpoçt" MMC-nin filial rəislərinin siyahısı var. Yaxın günlərdə siyahıda adları olan digər filial rəhbərləri də işindən azad olunacaq".

AzVision.az


Teqlər:  



Xəbər lenti