`Elə başa düşürlər ki, kolxoz geri qayıdır` - Deputat
Deputatın sözlərinə görə, insanlar onlara verilmiş pay torpaqlarından düzgün istifadə etmirlər:
“Kimə pay torpağı verilibsə, o, həmin torpaqda ev tikib. Onun qonşusu da öz pay torpağını suvara bilmir. Çünki qonşuluqda ev var. Bir sıra yaşlı insanlar, orta məktəbdə işləyən müəlimlər pay torpaqlarından istifadə edə bilmədiyi üçün ucuz qiymətə icarəyə verirlər”.
Millət vəkili bildirib ki, koorperasiyaların yaranması bu problemləri həll edəcək, həmin insanların gəlirlərinin artmasına səbəb olacaq: “Bəziləri elə başa düşür ki, kolxoz, sovxoz geri qayıdır. Amma belə deyil. Qərb ölkələrində də bu tip kooperasiyalar var”.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.
Elvin Abdulqədirov







Vaxtında, Aydın, Lazımlı!


