“Formula-1”də spirtli içkilərə icazə veriləcək

“Formula-1”də spirtli içkilərə icazə veriləcək
  19 Dekabr 2015    Oxunub:1838
Avtomobil yarışları üzrə Dünya Çempionatının Bakıda keçiriləcək Formula-1 Avropa Qran-Pri mərhələsinin təşkilatçıları müəyyən ərazilərdə spirtli içkilərin istifadəsinə icazə verəcək.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə yarışın promouteri Arif Rəhimov bildirib.

“Biz dünyəvi dövlətik və spirtli içkiləri qadağan etməyi düşünmürük. Müəyyən ərazilərdə icazə veriləcək”, - Rəhimov deyib.

Qeyd edək ki, Avropa Qran-Prisi (2016-cı il 17-19 iyun) ilk dəfə olaraq Bakı küçələrində keçiriləcək. Trasın uzunluğu 6 km-dan ibarət olacaq.

Təşkilatçılar bolidaların maksimal sürətinin saatda 340 km olacağına ümid edirlər.


Teqlər:





Xəbər lenti