Şura QHT-lər üçün təlimlərə başlayıb
QHT nümayəndələri təlimin keçirilməsinə görə Şuraya təşəkkürlərini bildirərək təmsil etdikləri təşkilatların ictimai aktuallıq kəsb edən problemlər və onların həlli ilə bağlı layihə hazırlama təcrübələri haqda fikirlərini açıqlayıblar. Təlimdə şərti layihə mövzuları müəyyənləşdirilərək praktik məşğələlər keçirilib.
İnteraktiv şəraitdə keçirilən təlimdə ekspertlər QHT təmsilçilərinin çoxsaylı suallarını cavablandırıb. Təlimin sonunda layihə yaradıcılığının müxtəlif istiqamətləri haqqında müzakirələr və yekun qiymətləndirmə aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


