`Zəlimxan Yaqubun vəziyyəti bir az yaxşılaşıb`- Həyat yoldaşı

`Zəlimxan Yaqubun vəziyyəti bir az yaxşılaşıb`- Həyat yoldaşı
  19 Dekabr 2015    Oxunub:4508
`Zəlixan Yaquba böyrək köçürülməyəcək`
Bunu AzVision.az- a Xalq şairi Zəlimxan Yaqubun həyat yoldaşı Sahibə Yaqublu deyib. O, Xalq şairinin səhhətinin pisləşməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib:

“Həmişə müalicə olunmaq üçün Almaniyaya gedirdi. Bu dəfə Almaniyaya getməyəcək. Zəlimxan müəllim xəstədir. Ev şəraitində müalicə olunur. Yemək yeyir, danışır. Ona böyrək köçürülməyəcək. İnşallah tezliklə sağalar və onu görmək istəyənləri sevindirər”.

Xatırladaq ki, Zəlimxan Yaqub 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirib. Əməliyyat zamanı xalq şairinin hər iki böyrəyi çıxarılıb. Müxtəlif ölkələrdə müalicə alan şairin müalicəsi dövlət tərəfindən maliyyələşdirilib.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti