Metrodakı gecikmənin səbəbi

Metrodakı gecikmənin səbəbi
  19 Dekabr 2015    Oxunub:1599
Bakı Metropoliteni Xətai xəttində qatarların hərəkətində yaranmış gecikməyə aydınlıq gətirilib.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, gecikmə yolları yoxlayan diaqnostika qatarının xəttə buraxılması ilə əlaqədardır: “Orada hər hansı bir problem yoxdur. Diaqnostika qatarı təlimata uyğun olaraq yolda yoxlanış aparır. Bununla bağlı sərnişinlərə də xəbərdarlıq edilib”.

Qeyd edək ki, bu gün səhər saatlarında metronun “Cəfər Cabbarlı” stansiyasında qatarların hərəkətində gecikmə olub. Sərnişinlər 35 dəqiqədən çox qatar gözləməli olublar.

AzVision.az


Teqlər:  



Xəbər lenti