Nardaranda tutulan 8 nəfərdən 5- i buraxıldı
"5 nəfər dünən axşam buraxılıb. 3 nəfərdən xəbər yoxdur. Əməliyyat hər gün var. Saxlanılanlar var. Buraxılanlar da var. Əksər saxlanılanın taleyindən xəbərsizik. Ailələri də narahatdır. Ombudsmana müraciətimizə də cavab verilməyib",- deyə N.Kərimov bildirib.
Kəndin hələ də Daxili Qoşunların və polisin ciddi nəzarətində olduğunu deyən N.Kərimov qetd edib ki, kəndə kənar yerlərdən gələnlərin girişinə qadağa yenə də qüvvədədir.
Xatırladaq ki, dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Nardaran sakinlərindən başqa heç kim kəndə buraxılmır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


