Şəhid əsgərimiz dəfn olundu - FOTOLAR

Şəhid əsgərimiz dəfn olundu - FOTOLAR
  20 Dekabr 2015    Oxunub:3107
Azərbaycan Ordusunun ötən gün erməni silahlı bölmələri ilə döyüşdə şəhid olan əsgəri, 1997-ci il təvəllüdlü Nurməmmədzadə İbrahim Əvəz oğlu bu gün dəfn olunub.
Cəbhənin Beyləqan istiqamətində şəhid olan əsgər bu gün doğulduğu Xaçmaz rayonu, Xudat şəhərində torpağa tapşırılıb.

İ. Nurməmmədzadə Xaçmaz rayon Hərbi Komissarlığında bu ilin iyul ayında hərbi xidmətə yola salınıb.

Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, əsgərin xidmət etdiyi hərbi hissəsinin hərbçiləri, rayon sakinləri iştirak edib. (Apa)

Qalereya




Teqlər:



Xəbər lenti