MTN polkovniki bu gün dəfn olunacaq

 MTN polkovniki bu gün dəfn olunacaq
  21 Dekabr 2015    Oxunub:1485
Ötən gün intihar edən İlqar Əliyev bu gün dəfn olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya məlumat verən vəkil Rəşad Mirmehdizadə bildirib ki, mərhumun meyiti ötən gün gecə ailə üzvlərinə təhvil verilib. Vəkil İ. Əliyevin bu gün dəfn ediləcəyini bildirib.

Qeyd edək ki, ləğv olunan MTN Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasının kamerasında özünü asaraq intihar edib.

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti