Nardaran ağsaqqalı həbs edildi - Evindən silah-sursat tapılıb

Nardaran ağsaqqalı həbs edildi - Evindən silah-sursat tapılıb
  21 Dekabr 2015    Oxunub:6313
Bakının Nardaran qəsəbəsində daha bir nəfər saxlanılıb.
AzVision.az “Report”a istinadən xəbər verir ki, Nardaran Ağsaqqallar Şurasının üzvü, 63 yaşlı Seyidəli Ağayev polis əməkdaşları tərəfindən tutulub. Onun yaşadığı evdən çoxlu sayda avtomat patronu, odlu silah və qadağan edilmiş dini ədəbiyyat tapılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsilə cinayət işi başlanılıb, S.Ağayev barəsində həbs qətimakn tədbiri seçilib.


Teqlər:  



Xəbər lenti