`Ermənistanın bu addımına şükr etmək lazımdır` - Şeyxin müavini

`Ermənistanın bu addımına şükr etmək lazımdır` - Şeyxin müavini
  21 Dekabr 2015    Oxunub:4525
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İrəvandakı Göy məscidin Ermənistan tərəfindən İrana icarəyə verilməsi məsələsinə münasibət bildirib.
AzVision.az-ın xəbərinə görə, QMİ sədrinin müavini Qəmər Cəvahirli jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan, türk memarlıq incisi sayılan Göy məscid başqa bir ölkənin istifadəsi üçün icarəyə verilməsi təəssüf doğrur.

Q. Cəvahirli bildirib ki, eyni zamanda Ermənistanın bu addımına görə şükr etmək lazımdır: “Ona görə ki, bu məscid Qarabağın digər məscidlərinin, dini abidələrinin, ziyarətgahlarının, qəbiristanlıqlarının taleyini yaşamayacaq. Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Bunu nəzərə alsaq Azərbaycana məxsus bir məscidin digər bir müsəlman ölkəsinə icarəyə verilməsi birmənalı qarşılanmır. Çünki, bunun həm mənfi, həm də müsbət tərəfləri var”.

QMİ sədrinin müavini vurğulayıb ki, Ermənistan bu addımı siyasi məqsədlər üçün atıb: “Ermənistan dünyada monoetnik bir dövlət kimi tanınır. Beynəlxalq aləm bu ölkənin monoetnikliyini bəyənmir. Ona görə də özünün tolerant, multikultural ruhunu təbliğ etmək niyyətindədir. Bu məqsədlə də belə bir addım atıb”.

Qeyd edık ki, Ermənistan hökuməti dekabrın 10-da İrəvandakı Göy məscid və ona bitişik ərazilərin Ermənistana məxsus olması barədə qərar qəbul edib. Məscid Ermənistanın tarixi və mədəni abidələri siyahısına salınacaq. Eyni zamanda, dövlət qeydiyyatından keçdikdən sonra məscidin 99 illiyə İran İslam Respublikasının istifadəsinə verilməsi məsələsi ilə bağlı bu ölkənin Ermənistandakı səfirliyi ilə müqavilə imzalanacaq. Məsciddən İranın mədəniyyət mərkəzi kimi istifadə ediləcək.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti