Daşqınlarda itkin düşənlər artdı – VİDEO

Daşqınlarda itkin düşənlər artdı – VİDEO
  01 İyul 2013    Oxunub:1193
Hindistanda baş verən güclü daşqınlar nəticəsində Uttaraxand ştatında itənlərin sayı 3 min nəfərə çatıb. Bu barədə ştatın baş naziri Vicay Bahuquna bildirib.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, Bahuquna yerli xəbər agentliyi “Press Trust of India”ya söyləyib ki, daşqın nəticəsində ölənlər 800 nəfərdir, lakin bu rəqəm dəqiq deyil. Daşqınlarda ölənlərin, itkin düşənlərin dəqiq sayı barədə məlumat yoxdur.100 min nəfər evakuasiya olunub. Təkcə Badrinat regionunda yüzlərlə insan itkin düşüb. Bahuquna bildirib ki, zərərçəkənlərin ailələrinə kompensasiya ödəniləcək.

Baş nazirin sözlərinə görə, bu ilki yağış 80 il ərzində ən güclüsü olub. Daşqın nəticəsində turizm məkanı hesab edilən Uttaraxand ştatında bütün kəndlər yerlə-yeksan olub.



AzVision.az


Teqlər:





Xəbər lenti