Cavan Zeynallı və Natiq Rəsulzadəyə prezident təqaüdü veriləcək

Cavan Zeynallı və Natiq Rəsulzadəyə prezident təqaüdü veriləcək
  21 Dekabr 2015    Oxunub:2332
Prezident İlham Əliyev Natiq Rəsul oğlu Rəsulzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə N.Rəsulzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bundan əlavə Prezident İlham Əliyev Cavanşir Mirzəməmməd oğlu Zeynallıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla C.Zeynallıya Azərbaycanda estrada musiqisinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti