Azərbaycanda qış fəsli başladı

Azərbaycanda qış fəsli başladı
  22 Dekabr 2015    Oxunub:5960
Bu gün Bakı vaxtilə saat 08:48-dən qış fəsli başlayıb.
AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu gün Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq. Yer Qış Günəş duruşundan keçdikdən bir neçə gün sonra gün uzanacaq, gecə qısalacaq.

Qış Günəş duruşunun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmin gün ən qısa gündüz, ən uzun gecə olur.

AzVision.az




Teqlər:





Xəbər lenti