Prezidentin dissertasiyası plagiat imiş

Prezidentin dissertasiyası plagiat imiş
  01 İyul 2013    Oxunub:1618
Şotlandiya universiteti İranın yeni prezidenti Həsən Ruhaninin 1990-cı illərdə müdafiə etdiyi doktorluq dissertasiyasının plagiat olduğunu iddia edir.
AzVision.az The Telegraph-a istinadən məlumat verir ki, Həsən Ruhaninin Qlazqo Kaledoniya universitetində müdafiə etdiyi şəriətlə - islam qanunları ilə bağlı doktorluq dissertasiyası analiz edilib. Məlum olub ki, dissertasiyanın cümlələri əfqan müəllifin kitabından oğurlanıb. Beləki, Ruhani Beynəlxalq islam tədqiqatları institutunun sədri Məhəmməd Haşım Kamalinin kitabına müraciət edib.

Qlazqo universiteti bildirib ki, dissertasiyanın ləğv edilməsi üçün universitetə müraciət olunub. 500 səhifəlik dissertasiyanın iki abzası hazırda araşdırılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti