Neftçilərin axtarışları davam edir

Neftçilərin axtarışları davam edir
  22 Dekabr 2015    Oxunub:2670
“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 4 gəmisi axtarışlara başlayıb.
Bu barədə AzVision.az-a “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin helikopterlərinin yaxın saatlarda havaya qalxması planlaşdırılır.

Axtarışlar hələlik heç bir nəticə verməyib.

Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və yanğının söndürülməsi ilə Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi məşğuldur. Həmçinin FHN-nin 2 gəmisi yanğının söndürülməsi üçün gözləmə mövqeyindədir. ABŞ-dan gələn mütəxəssislərin xüsusi qurğuları quraşdırılıb və həmin ərazidə işlər davam etdirilir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub.

Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti